Şirkət haqqında

China National Heavy Duty Truck Group Co., Ltd-nin tarixi (bundan sonra “SINOTRUK” adlandırılacaq) 1930 cu illərə təsadüf edir.1960-cı ildə Çinin ilk ağır tonnajlı yük maşını olan HUANGHE markalı JN150 model səkkiz tonluq yük maşını istehsal edərək Çin Xalq Respublikası tarixində bir ilkə imza atdı. SINOTRUK Çin Xalq Respublikasında ağır tonnajlı yük maşınlarının istehsalına görə ən böyük müəssisədir. 

SINOTRUK 90-dan çox ölkədə fəaliyyət göstərməklə 300-ə yaxın diler, o cümlədən 500-ə yaxın texniki xidmət mərkəzinə sahibdir. SİNOTRUK VGV markası adı altında “yüksək standartlı minik avtomobilləri yaratmaq” vizyonunu həyata keçirmək üçün strateji yanaşaraq biznesini daha da inkişaf etdirmək yolunda daim irəliləyir. Cəlbedici dizayn, üstün texnologiyalar, keyfiyyətli və müasir avtomobillərin istehsalı SINOTRUK VGV brendinin əsas prioritet məsələsidir.

SINOTRUK VGV minik avtomobillərinin Jinan və Chongging şəhərlərində də müasir texnologiyalar əsasında yaradılmış böyük fabrikləri var. Jinan bazası tamamilə yeni Sənaye 3.0 standartına uyğun olaraq qurulmuşdur və dünyanın aparıcı istehsal texnologiyasına malikdir.

“AZƏRMAŞ” MMC VGV markasının Azərbaycanda rəsmi distribütorudur.