Ölkəmizdə ilk dəfə olaraq, Çin avtomobilləri festivalı baş tutub. Üç gün ərzində “Park Bulvar” ticarət və əyləncə mərkəzində keçirilən tədbirlərdə 15 mindən çox ziyarətçi iştirak edib. Festivalda VGV ilə yanaşı digər Çin markalarının Azərbaycanda rəsmi dilerlərinin ən son modellərini nümayiş etdirilib. Qeyd etməliyik ki, festival təkcə avtomobil sərgisindən ibarət deyildi. Paytaxt sakinləri və qonaqların mənalı istirahəti üçün maraqlı əyləncə proqramı təşkil olunmuşdu. Belə ki, festivalda tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün kompüter oyunları, Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda “Kospley-defile” də daxil idi.